Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortalanması üçün tender elan edib

Azərbaycan Mərkəzi Bankı balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat  vasitələrinin sığortalanması üçün tender elan edib
# 28 iyul 2009 08:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) balansında olan əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (Kasko) sığortalanması üçün tender elan edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, tender proseduru bu ilin sentyabr ayının 11-də AMB-nin inzibati binasında keçiriləcək. İddiaçılar tender təkliflərini və tender təklifinin bank təminatını bu ilin sentyabr ayının 10-a qədər möhürlənmiş, imzalanmış, yazılı sürətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci sentyabr ayının 2-nə qədər AMB-nin Bakı şəhəri, R. Behbudov küçəsi 32 nömrəli ünvanında yerləşən inzibati binasına təqdim etməlidir.

İddiaçılar tenderdə iştirak haqqı kimi AMB-nin müvafiq bank hesabına 200 manat məbləğində vəsait köçürməlidir.

Qeyd edək ki, tenderlə bağlı əlavə məlumat almaq istəyən 493-11 22 (daxili 510 və 482) nömrəli telefonla əlaqə saxlaya bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR