Bank Of Baku

Cari ildə Azərbaycan Mərkəzi Bankı banklara 600 mln. manatlıq əlavə likvidlik verib

Cari ildə Azərbaycan Mərkəzi Bankı banklara 600 mln. manatlıq əlavə likvidlik verib
# 28 iyul 2009 09:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı tərəfindən likvidliyin verilməsi əməliyyatları 2009-cu ildə aktivləşdirilib, likvidliyin cəlb olunması alətləri isə məhdudlaşdırılıb. Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumata görə, həm manat, həm də xarici valyuta ilə məcburi ehtiyat normasının azaldılması hesabına dövr ərzində bank sisteminə 250 mln. manat likvidlik verilib.

Qeyd edək ki, Azərbaycanda inflyasiya gözləntilərinin azalmasını nəzərə alaraq, işgüzar aktivliyin yüksəldilməsi məqsədilə cari il ərzində uçot dərəcəsi 8%-dən 2%-ə, faiz dəhlizinin yuxarı həddi 13%-dən 7%-ə endirilib, məcburi ehtiyat normaları isə 6%-dən 0,5%-ə salınıb.

Bundan başqa, Mərkəzi Bank digər alətlərdən istifadə edərək likvidliyin təmin edilməsi sahəsində fəallığını artırıb. Nəticədə son illər ərzində ilk dəfə olaraq likvidliyin verilməsi alətlərinin (yenidən maliyyələşdirmə, əks-REPO, SVOP) həcmi ilə likvidliyin cəlb olunması alətlərinin (not portfeli, REPO, məcburi ehtiyatlar) fərqini xarakterizə edən likvidlik saldosu pozitiv zonaya keçib.

AMB-nin məlumatına görə, bütün bunun hesabına cari ilin 6 ayının yekunu üzrə Mərkəzi Bank tərəfindən bank sisteminə 600 mln. manat miqdarında likvidlik dəstəyi verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR