Bank Of Baku

Azərbaycanın ən iri bankının xalis mənfəəti son bir ildə 62% artıb

Azərbaycanın ən iri bankının xalis mənfəəti son bir ildə 62% artıb
# 28 iyul 2009 10:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinin həcmi cari ilin iyul ayının 1-nə 3 466,987 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan göstəricidən 4,6% azdır.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 18,2% azalaraq 1 594,865 mln. manat, kredit portfeli 5,7% azalaraq 2 454,773 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 35,8% artaraq 356,732 mln. manat olub. Həmçinin bankın məcmu kapitalı 72,2% artaraq 466,051 mln. manat, o cümlədən nizamnamə kapitalı 97,6% artaraq 197,587 mln. manat təşkil edib.
Qeyd edək ki, son bir il ərzində bankın xalis mənfəəti 61,6% artaraq 62,189 mln. manata çatıb. Bundan başqa, bank son bir il ərzində əlavə 1 filial açıb, 1 bankomat və 367 POS-terminal quraşdırıb.
Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Hazırda bankın respublika üzrə 37 filialı, 587 bankomatı, 2962 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR