Bank Of Baku

Azərbaycan Sənaye Bankı nizamnamə kapitalını 56% artırır

Azərbaycan Sənaye Bankı nizamnamə kapitalını 56% artırır
# 28 iyul 2009 14:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Azərbaycan Sənaye Bankı» Açıq Səhmdar Cəmiyyətinin (ASC) adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,20 manat, sayı 36 mln. ədəd, emissiyanın ümumi həcmi isə 7,2 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdirilməsi planlaşdırılır. Səhmlərin yerləşdirilməsində anderrayter vəzifəsində «Texnika Kapital Menecment» MMC çıxış edir. Birja mütəxəssislərinin fikrincə, «Azərbaycan Sənaye Bankı» ASC-nin artıq bu ilin avqust ayında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Emissiyanın yerləşdiriləndən sonra bankın nizamnamə kapitalı 56% artaraq 20 mln. manata çatacaq.
Qeyd edək ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildən “CIBank” ASC kimi fəaliyyətə başlayıb və brendini 2006-cı ilin sonunda dəyişib. Bu ilin aprelin 1-nə bankın aktivlərinin həcmi 61,373 mln. manat, depozit portfeli 22,272 mln. manat, kredit portfeli 35,134 mln. manat, məcmu kapitalı 17,082 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,8 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 7 filialı, 21 bankomatı və 199 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR