Bank Of Baku

«AGBank» OPEC-ın Beynəlxalq İnkişaf Fondundan 9,5 mln. dollar məbləğində kredit cəlb edib

«AGBank» OPEC-ın Beynəlxalq İnkişaf Fondundan 9,5 mln. dollar məbləğində kredit cəlb edib
# 28 iyul 2009 15:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «AGBank» Açıq Səhmdar Cəmiyyəti Neft iİxrac edən ölkələr təşkilatının (OPEC) yanında fəaliyyət göstərən Beynəlxalq İnkişaf Fondundan 9,5 mln. ABŞ dolları həcmində kredit xətti cəlb edib.
«AGBank»dan «APA-Economics»ə verilən məlumata görə, tərəflər arasında imzalanmış kredit müqaviləsinə əsasən vəsaitlərin 5 mln. dolları kiçik və orta sahibkarlıq sahəsindəki layihələrin maliyyələşməsinə, digər 4,5 mln. dolları isə ticarətin maliyyələşdirilməsinə yönəldiləcək. Kreditin ödənmə müddəti 5 il təşkil edir.
Qeyd edək ki, «AGBank» 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 204,767 mln. manat, depozit portfeli 105,042 mln. manat, kredit portfeli 155,144 mln. manat, məcmu kapitalı 31,386 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 16 filialı, 54 bankomatı və 409 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR