Bank Of Baku

“Əmrahbank” ticarətin maliyyələşdirilməsinə dair yeni kredit xətti cəlb edib

“Əmrahbank” ticarətin maliyyələşdirilməsinə dair yeni kredit xətti cəlb edib
# 29 iyul 2009 11:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankı (SKB) İslam İnkişaf Bankının (İİB) üzvü olan İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyasından (İTMK) 1 mln. ABŞ dolları həcmində yeni kredit xətti cəlb edib.
Bankın İdarə Heyətinin sədri Emil Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, cəlb olunmuş vəsait ölkədə kiçik və orta müəssisələrin idxala yönəlmiş ticarət əməliyyatlarının maliyyələşdirilməsinə sərf ediləcək: “Bankın qarşısında duran başlıca strateji məqsədlərdən biri kredit xətlərinin açılması, kapitalda iştirak üzrə əqdlərin maliyyələşdirilməsi, texniki yardım layihələri və digər sahələr üzrə beynəlxalq maliyyə təşkilatları ilə uzun müddətli əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən ibarətdir. Biz İTMK-nı özümüzün xarici tərəfdaşlarımız sırasında görməkdən məmnunuq və əminik ki, bizim əməkdaşlıq beynəlxalq ticarət əməliyyatları sahəsində bizim müştərilər olan kiçik və orta müəssisələrin tələbatının ödənilməsinə xidmət etmiş olacaq».
Xatırladaq ki, təsisçisi 5 yerli fiziki şəxs (51%) və Bəhreynin Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Əmrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 63,064 mln. manat, kredit portfeli 36,739 mln. manat, depozit portfeli 35,813 mln. manat, məcmu kapitalı 19,983 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat olub. Hazırda bankın respublika üzrə 23 filialı, 15 bankomatı və 42 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR