Bank Of Baku

“TBC Credit” təşkilatının müştərilərinin sayı azalıb

“TBC Credit” təşkilatının müştərilərinin sayı azalıb
# 29 iyul 2009 12:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. “TBC Credit” qeyri-bank kredit təşkilatının kredit portfeli 2009-cu ilin iyul ayının 1-nə 16,5 mln. ABŞ dolları təşkil edib ki, bu da cari ilin əvvəlinə olan göstəricisi ilə müqayisədə 11% azdır.

“TBC Credit” təşkilatından «APA-Economics»ə verilən məlumata görə, bu müddət ərzində təşkilatın müştərilərinin sayı 3% azalaraq 1301 nəfərə çatıb. Təşkilatın kredit portfelinin diversifikasiyasına gəldikdə, portfelin 85%-ni biznes və ipoteka kreditləri, 15%-ni isə istehlak kreditləri təşkil edib.

Qeyd edək ki, «TBC Credit» 1999-cu ilin dekabrında «Shore Overseas Azerbaijan Credit» (SOA Credit) qeyri-bank kredit təşkilatı adı ilə yaradılıb. “SOA Credit” qeyri-bank kredit təşkilatının brendi 2007-ci ilin may ayında dəyişərək «TBC Kredit» olub. Brendin dəyişməsi Gürcüstanın aparıcı bankı olan “TBC Bank”ın təşkilatın yeni təsisçisi olması ilə əlaqədardır. Ötən ilin əvvəlində «SOA Credit»in nizamnamə kapitalındakı 75%-lik iştirak payı Gürcüstanın «TBC Bank»ına satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR