Bank Of Baku

Bakı Fond Birjasında 10305322S seriyalı 5 043,4 min manatlıq DQİ emissiyası yerləşdirilib

Bakı Fond Birjasında 10305322S seriyalı 5 043,4 min manatlıq DQİ emissiyası yerləşdirilib
# 29 iyul 2009 12:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10304522S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 5 043 400 manat təşkil edib. Sifariş 98,89% (gəlirlik 2,25%) qiymətdə təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 98,89 (gəlirlik 2,25%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 043,4 min manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2010-cu ilin yanvarın 26-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR