Bank Of Baku

“Azərdəmiryolbank” son bir ildə müddətli depozitlərinin həcmini 28% genişləndirib

“Azərdəmiryolbank” son bir ildə müddətli depozitlərinin həcmini 28% genişləndirib
# 29 iyul 2009 12:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin iyul ayının 1-nə 215,4 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 6% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 6,8% artaraq 163,5 mln. manata, müştərilərin müddətli depozitlərinin həcmi 27,6% genişlənərək 51,7 mln. manata çatıb.
Həmçinin bu müddət ərzində əhali tərəfindən cəlb olunan əmanətlərin həcmi 31,3% artaraq 51 mln. manat, məcmu kapitalı 39,7 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,4 mln. manat təşkil edib.
Xatırladaq ki, “Azərdəmiryolbank” SKB-nin 850-yə yaxın səhmdarı mövcuddur. Bu səhmlərdən 25%+1 səhm Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur.
Bank 1989-cu ildə təsis edilib. Hazırda bankın respublika üzrə 29 filialı, 40 bankomatı və 240 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR