Bank Of Baku

Azərbaycan banklararası bazarında kreditlərin orta faiz dərəcəsi 15%-ə bərabərdir

Azərbaycan banklararası bazarında kreditlərin orta faiz dərəcəsi 15%-ə bərabərdir
# 29 iyul 2009 12:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2009-cu ilin I yarımilliyi mütəşəkkil banklararası kredit bazarında əqdlər manat, ABŞ dolları və avro ilə bağlanılıb. “APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanmış “2009-cu ilin I yarımilliyinin yekunları üzrə pul siyasətinin yerinə yetirilməsi vəziyyəti haqqında” Hesabata əsasən, manatla bağlanmış əqdlərin ümumi həcmi 30 mln. manat təşkil edib. Bağlanmış əqdlər üzrə orta illik faiz dərəcəsi 14,7%-ə bərabər olub.
Dövr ərzində ABŞ dolları ilə bağlanmış əqdlərin ümumi həcmi 26 mln. dollar, orta illik faiz dərəcəsi 15,2% təşkil edib.
Avro ilə bağlanmış 15 əqdin ümumi həcmi 30,2 mln. avro, orta illik faiz dərəcəsi isə 15,8%-ə bərabər olub.
Verilmiş kreditlərin müddəti 1-360 gün diapozonunda olub.
Cari il ərzində dövlət qiymətli kağızları ilə “bank-bank” sxemi üzrə banklararası repo-əməliyyatlarının ümumi həcmi 64,2 mln. manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2008-ci ilin müvafiq dövrü ərzində bu göstərici 291,6 mln. manat olub. Banklararası repo-əməliyyatları üzrə orta ölçülmüş gəlirlilik 1,65% təşkil edib. Aparılmış əməliyyatların müddəti 1-11 gun diapozonunda olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR