Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı «YapıKredi Bank Azerbaijan»nın filialının fəaliyyətini dayandırıb

Azərbaycan Mərkəzi Bankı «YapıKredi Bank Azerbaijan»nın filialının fəaliyyətini dayandırıb
# 29 iyul 2009 13:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən «YapıKredi Bank Azerbaijan» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) «Elmlər Akademiyası» filialına verilmiş lisenziya ləğv edilib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, bu filiala 2007-ci ilin 23 fevral tarixində verilmiş lisenziya bu il iyul ayının 21-də ləğv edilib və bununla bağlı AMB-nin mərkəzi reyestrində müvafiq qeydlər aparılıb.

Qeyd edək ki, «YapıKredi Bank Azerbaijan» QSC-nin səhmdarlarının ümumi yığıncağının qərarına əsasən, AMB-dən müvafiq icazə alındıqdan sonra «Elmlər Akademiyası» filialı şöbə kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, təsisçisi Türkiyədən «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» SKB Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir.

Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 151,019 mln. manat, depozit portfeli 41,515 mln. manat, kredit portfeli 20,642 mln. manat, məcmu kapitalı 40,975 mln. manat, o cümlədən nizamnamə kapitalı 27,209 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 4 filialı, 14 bankomatı və 64 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR