Bank Of Baku

«Kapital Bank»ın aktivləri son bir ildə 25% artıb

«Kapital Bank»ın aktivləri son bir ildə 25% artıb
# 29 iyul 2009 14:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Kapital Bank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi cari ilin iyul ayının 1-nə 356,653 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan göstəricidən 24,8% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 3,8% artaraq 198,642 mln. manat, məcmu kapitalı 91% artaraq 78,1 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 24 mln. manat təşkil edib. Bu müddət ərzində bankın gəlirləri 13,4% artaraq 29,973 mln. manata, xərcləri isə 5% artaraq 22,136 mln. manata çatıb. Nəticədə bankın mənfəəti 47% artaraq 7,837 mln. manat olub.

Həmçinin bu dövrdə bank tərəfindən əlavə 1 filial açılıb, 50 bankomat quraşdırılıb. Eyni zamanda bankın işçiləri üçün orta aylıq əmək haqqı 77% artaraq 540 manat, işçilərin sayı isə 2,4% artaraq 2261 nəfər təşkil edib.

Qeyd edək ki, bu hesabatda bankın kredit portfeli və istehlak kreditlərinin həcminin müqayisəli şəkildə göstərilməməsinin əsas səbəbi «APA-Economics»in banka ünvanladığı sorğuda müvafiq rəqəmlərin təqdim edilməməsi olub. Bu isə onu göstərir ki, bankın həmin göstəricilər üzrə rəqəmlərində kəskin azalma olub.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bank 2005-ci ilin yanvar ayında Bank Birləşmiş Universal Səhmdar Bank (BUS Bank) adını yeni brendə dəyişərək «Kapital Bank» olub. Özəlləşdirmənin nəticələrinə uyğun olaraq «Kapitalbank»ın səhmdarları rolunda «AtaHolding» (30%), «Paşa Holding» (30%), «Xalq Sığorta» (15%), «Azersun Holding» (10%), fiziki şəxslər (10%) və bankın əmək kollektivi (5%) çıxış edir. Bankın hazırda respublika üzrə 88 filialı, 312 bankomatı və 480 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR