Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» son bir il ərzində xərclərini 28% artırıb

«Azərbaycan Sənaye Bankı» son bir il ərzində xərclərini 28% artırıb
# 30 iyul 2009 07:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Azərbaycan Sənaye Bankı» Açıq Səhmdar Cəmiyyətinin (ASC) aktivlərinin həcmi cari ilin iyul ayının 1-nə 63,787 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan göstəricidən 21,4% azdır.

Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 50% azalaraq 23,713 mln. manat, kredit portfeli 19% azalaraq 38,714 mln. manat olub. Həmçinin bankın məcmu kapitalı 10% azalaraq 17,387 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 12,8 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 5,4% azalaraq 4,702 mln. manat, xərcləri isə 27,6% artaraq 3,665 mln. manata çatıb. Nəticədə bankın mənfəəti təxminən 2 dəfə azalaraq 1,098 mln. manata çatıb.

Xatırladaq ki, bu müddət ərzində bank tərəfindən əlavə 3 filial açılıb, 6 bankomat və 152 POS-terminal quraşdırılıb. Həmçinin il ərzində bankın işçilərinin sayı 19% artaraq 144 nəfərə çatıb.

«Azərbaycan Sənaye Bankı» 1996-cı ildən «CIBank» ASC kimi fəaliyyətə başlayıb və brendini 2006-cı ilin sonunda dəyişib. Hazırda bankın respublika üzrə 8 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR