Bank Of Baku

Milli Depozit Mərkəzi müştərilərlə işini təkmilləşdirir

Milli Depozit Mərkəzi müştərilərlə işini təkmilləşdirir
# 30 iyul 2009 07:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin ilk altı ayı ərzində Milli Depozit Mərkəzinin (MDM) fəaliyyəti üzrə bir sıra dəyişikliklər həyata keçirilib.
MDM-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə MDM-in səhmdarlarının ümumi yığıncağı və Müşahidə Şurasının birgə iclasında MDM-in yeni təşkilati strukturu təsdiq edilib. Müvafiq dəyişikliyin nəticəsi kimi, qiymətli kağızlar bazarının infrastruktur tələblərinə və korporativ idarəetmə prinsiplərinə uyğun olaraq MDM-də yeni struktur bölmələri yaradılıb və ikisütunlu idarəetmə sistemi tətbiq edilib.
Bundan başqa, yanvar-iyun ayları ərzində müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və daha da sürətləndirilməsi məqsədilə MDM-də «vahid pəncərə» sisteminin tətbiqinə başlanılıb. Bu məqsədlə MDM-də müştəri xidmətləri departamenti yaradılıb ki, həmin departament bilavasitə müştərilərə xidmət göstərərək ilkin sənədlərin işlənilməsi və çıxış sənədlərinin müştərilərə təqdim edilməsi üzrə fəaliyyəti həyata keçirir. Eyni zamanda MDM-də müştərilərə xidmətin sistemləşdirilməsi və asanlaşdırılması məqsədilə elektron giriş-çıxış sisteminin tətbiqi üzrə işlər tamamlanmaq ərəfəsindədir.
Hesabat dövründə MDM yeni xidmət növlərinin tətbiqinə də başlayıb. Belə ki, MDM təmin edilmiş istiqrazlar üzrə sərəncamçı kimi xidmət göstərməyə başlayıb. İlk olaraq MDM Azərbaycan İpoteka Fondu tərəfindən emissiya edilən istiqrazlar üzrə sərəncamçı funksiyasında çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR