Bank Of Baku

Azərbaycanda qısamüddətli kreditlərin payı artır

Azərbaycanda qısamüddətli kreditlərin payı artır
# 30 iyul 2009 07:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2009-cu ilin iyun ayının sonuna ötən ilin müvafiq dövrü ilə müqayisədə qısamüddətli kredit qoyuluşları 14%, uzunmüddətli kredit qoyuluşları isə 0,4% artıb. Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, nəticədə dövr ərzində kredit qoyuluşlarının strukturunda qısamüddətli kreditlərin xüsusi çəkisi 2,8% bənd artıb və iyulun 1-nə 32,8%-ə bərabər olub:

(mln. man.)

 

01.07.09

01.07.08

Kredit qoyuluşları

6 463,8

6 185,1

Qısamüddətli kreditlər

2 119,4

1 859,7

Xüsusi çəkisi (%)

32,8

30

Uzunmüddətli kreditlər

4 344,4

4 325,4

Xüsusi çəkisi (%)

67,2

70



Mərkəzi Bankın hesablamalarına görə, təhlil olunan dövrdə qısamüddətli kredit qoyuluşunun 94,7%-ni banklar tərəfindən verilən kreditlər, 5,3%-ni isə qeyri-bank kredit təşkilatlarının kreditləri təşkil edib. O cümlədən bank sisteminin qısamüddətli kredit qoyuluşunda Azərbaycan Beynəlxalq Bankının payı 32,5%, digər bankların payı isə 67,5% təşkil edir.
Uzunmüddətli kredit qoyuluşunun 98,5%-i banklar tərəfindən verilən kreditlər, 1,5%-i isə qeyri-bank kredit təşkilatlarının kreditləridir. Bank sisteminin uzunmüddətli kredit qoyuluşunda Beynəlxalq Bankın kreditlərinin payı 44,7%, digər bankların payı isə 55,3% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR