Bank Of Baku

«NBCBank» son bir ildə depozit portfelini 2 dəfə genişləndirib

«NBCBank» son bir ildə depozit portfelini 2 dəfə genişləndirib
# 30 iyul 2009 07:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «NBCBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi cari ilin iyul ayının 1-nə 44,527 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan göstəricidən 28% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2 dəfə genişlənərək 15,642 mln. manata, kredit portfeli 30,3% artaraq 35,083 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 38,5% artaraq 34,866 mln. manata çatıb. Həmçinin bankın məcmu kapitalı 10% artaraq 16,533 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 13,589 mln. manat olub.

Qeyd edək ki, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə bankın gəlirləri 19,4% artaraq 4,717 mln. manata, xərcləri isə 4,5% azalaraq 2,858 mln. manata çatıb. Nəticədə son bir ildə bankın mənfəəti 93,8% artaraq 1,859 mln. manat təşkil edib.

Bundan başqa, bank bu müddət ərzində əlavə 1 filial açıb, həmçinin 1 bankomat və 11 POS-terminal quraşdırıb. Cari ilin iyul ayının 1-nə bankın işçilərinin sayı 2,2% artaraq 142 nəfər, orta aylıq əmək haqqı isə 4,3% artaraq 384 manat təşkil edib.

Xatırladaq ki, «NBCBank» 1992-ci ildə «RuziBank» Kommersiya Bankı kimi yaradılıb. Bankın brendi 2002-ci ildə dəyişərək «NBCBank» olub. Göstərilən tarixə bankın respublika üzrə 7 filialı, 8 mübadilə məntəqəsi, 5 bankomatı və 44 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR