Bank Of Baku

Azərbaycan Mikromaliyyə Assosiasiyası İdarə Heyətinin yeni tərkibi formalaşıb

Azərbaycan Mikromaliyyə Assosiasiyası İdarə Heyətinin yeni tərkibi formalaşıb
# 30 iyul 2009 08:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) İdarə Heyətinin yeni tərkibi formalaşıb. AMA-nın icraçı direktoru Jalə Hacıyevanın «APA-Economics»ə verdiyi məlumata görə, qurumun İdarə Heyətinin növbədənkənar iclasında assosiasiyanın yeni sədri və Heyətinin yeni üzvləri təsdiqlənib.

J.Hacıyevanın sözlərinə görə, İdarə Heyətinin sədri vəzifəsinə Kamran Abdullayev (“Finca Azerbaijan” qeyri-bank kredit təşkilatının direktor müavini), Heyətin üzvü vəzifəsinə Rüfət İsmayılov (“AccessBank”), Samir Cəfərli (“Vision Fond”), Cəlal Əliyev (“İnkişaf üçün Maliyyə” qeyri-bank kredit təşkilatı) və Süleyman Kələşov (“Aqrarkredit” qeyri-bank kredit təşkilatı) təyin olunublar.

Qeyd edək ki, bu təyinatdan qabaq AMA-nın İdarə Heyətinin sədri vəzifəsini Vüsal Eynullayev icra edib. Qurumun İdarə Heyətinin yeni tərkibi iki ildən bir formalaşır.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR