Ümumilikdə bu göstəricinin hazırkı səviyyəsi Azərbaycan bank sisteminin tarixində rekord sayılır:
Qeyd edək ki, Mərkəzi Bankın kommersiya banklarına mərkəzləşdirilmiş kreditlərin həcminin tədricən və iri miqyasda olan artımı ötən ilin oktyabr-noyabrından başlayıb ki, bu da dünya maliyyə böhranı ilə birbaşa əlaqəlidir. Belə ki, böhran nəticəsində Azərbaycan bankları xaricdən maliyyə vəsaitlərinin cəlb edilməsini kəskin azaldıb ki, nəticədə yaranan likvidlik problemi və əlavə fondlaşma risklərini aradan qaldırılması üçün daxili mənbələrin zərurəti artıb. Bu halda Mərkəzi Bank uçot dərəcəsini aşağı salmaqla paralel yenidənmaliyyəşdirmənin həcmini kəskin artırmağa başlayıb.