Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 2009-cu ilin ilk yarımilliyinin yekunlarına dair hesabat yığıncağı keçirilib

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 2009-cu ilin ilk yarımilliyinin yekunlarına dair hesabat yığıncağı keçirilib
# 30 iyul 2009 13:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) 2009-cu ilin ilk 6 ayının yekunlarına dair hesabat yığıncağı keçirilib.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, yığıncağa sədrlik edən QKDK sədri Rüfət Aslanlı qeyd edib ki, hesabat dövründə dünyada baş verən qlobal iqtisadi böhran proseslərinə baxmayaraq, 2009-cu ilin ötən dövrü ərzində də ölkə iqtisadiyyatının inkişafı uğurla davam etdirilib, Azərbaycan qlobal miqyasda nümunə ola biləcək iqtisadi artım templərinə malik azsaylı ölkələr sırasında yer alıb.
R.Aslanlı onu da bildirib ki, Azərbaycan iqtisadiyyatında ötən dövr üçün müşahidə olunan inkişaf meyllərinin növbəti dövr üçün də davam edəcəyinə dair mötəbər beynəlxalq təşkilatlar tərəfindən verilən nikbin proqnozlar bir daha bu sahədə həyata keçirilən dövlət siyasətinin uğuru kimi nəzərdən keçirilə bilər.
Sonra yığıncaqda QKDK-nın Tədqiqatlar və bazarın inkişafı şöbəsinin müdiri Natiq Mustafayev 2009-cu ilin ilk yarımilliyinin yekunlarına dair beynəlxalq və yerli bazarlarda baş verən mühüm hadisələr, qlobal və yerli iqtisadi göstəricilərin inkişaf meylləri, eləcə də 2009-cu ilin ikinci yarımilliyi və 2010-cu il üçün maliyyə və əmtəə bazarlarına dair gözləntilər barədə yığıncaq iştirakçılarına geniş məlumat verib.
Tədbirdə həmçinin qeyd olunub ki, cari ilin ilk 6 ayı ərzində dövlət qiymətli kağızlarının azalmasına baxmayaraq, korporativ kağızlar bazarında ümumi iqtisadiyyatın və maliyyə sektorunun artımını bir neçə dəfə üstələyən dinamika müşahidə olunub, səhm bazarı 24,4%, korporativ istiqrazlarla əməliyyatlar isə 2,3 dəfə artıb. Bundan başqa, birja ticarətində canlanma başlayıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 240 dəfə artım müşahidə olunub.
QKDK-nın digər rəsmilərinin çıxışlarından sonra struktur bölmələrin fəaliyyəti ilə əlaqədar qarşılıqlı müzakirələr aparılıb və müzakirənin nəticəsi olaraq struktur bölmələr üzrə gələcək dövr üçün konkret tapşırıqlar verilib.
İclası yekunlaşdıran QKDK sədri R.Aslanlı cari ilin ilk yarımillik yekunlarını ümumilikdə Komitənin fəaliyyət istiqamətləri üzrə məhsuldar dövr kimi qiymətləndirərək, struktur bölmələrinin qarşıda duran növbəti dövr üçün fəaliyyət planlarına uyğun olaraq islahat gündəliyinin icrasının sürətləndirilməsi, eyni zamanda bazarda təklifin genişləndirilməsi və tələbin stimullaşdırılması baxımından yeni təşəbbüslərin işlənib hazırlanması barədə tapşırıqlar verib. O, həmçinin qiymətli kağızlar bazarının normativ bazasının təkmilləşdirilməsi, ticarət infrastrukturunun modernləşdirilməsi və avtomatlaşdırılması, tənzimləyici orqanın potensialının möhkəmləndirilməsi istiqamətində ardıcıl və əlaqələndirilmiş tədbirlərin həyata keçirilməsinin davam etdirilməsinə dair vəzifələri müəyyən edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR