Bank Of Baku

Azərbaycanda bankların məcmu kapitalının adekvatlıq əmsalı ikinci rüb ərzində artıb

Azərbaycanda bankların məcmu kapitalının adekvatlıq əmsalı ikinci rüb ərzində artıb
# 30 iyul 2009 13:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kapitalının adekvatlıq əmsalı 2009-cu ilin iyulun 1-nə 19,5% təşkil edib. Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, son bir ildə bu göstəricinin 1 faiz bəndi artdığı halda, cari ilin əvvəlindən 0,1 faiz bəndi azalıb, ikinci rübü ərzində isə 0,3 faiz bəndi artıb.
Qeyd edək ki, bu göstərici məcmu kapitalın risklərlə çəkili aktivlərin həcminə olan nisbətidir. Adekvatlıq əmsalı nisbi göstərici olduğundan, onun dəyişməsi ya aktivlərin, ya da kapitalın dəyişməsi ilə əlaqədar olur. Yəni adekvatlıq əmsalının azalması ya kapitalın azalması, ya da aktivlərin artması ilə bağlıdır.
Azərbaycanda hazırda ilin əvvəlindən bankların məcmu kapitalın həcmi 9,1% artıb. Risklərlə çəkili aktivlərin həcmi üzrə dəqiq statistika olmasa da, yekunlaşdırıcı əmsalın azalmasını nəzərə alaraq demək olar ki, yarımillik ərzində risklərlə çəkili aktivlərin artım tempi 9,1%-dən artıq olub.
Ümumilikdə isə Azərbaycanda məcmu kapitalın adekvatlıq əmsalı yüksək hesab oluna bilər. Bunun əsas səbəbi bankların aktiv əməliyyatlarda ehtiyatla yanaşması, nəticədə həm aktivlərin ümumi miqdarın iqtisadiyyata nisbətən aşağı, təhlükəli və ümidsiz aktivlərin kiçik miqdarda olmasıdır.
Qeyd edək ki, ötən il ərzində adekvatlıq əmsalı dəyişkənlik nümayiş etdirib. O cümlədən ilin sonuncu rübündə bu göstərici 1,9 faiz bəndi artıb ki, bunun da əsas səbəbi banklar tərəfindən kreditlərin məhdudlaşdırılması olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR