| Kreditlərə görə orta | Hüquqi şəxslər üzrə | Fiziki şəxslər üzrə | |||
| Manatla | Xarici valyuta | Manatla | Xarici valyuta | Manatla | Xarici valyuta |
01.07.08 | 17.76 | 14.11 | 15.55 | 11.52 | 20.94 | 21.05 |
01.01.09 | 17.45 | 14.52 | 14.87 | 12.37 | 21.53 | 21.52 |
01.07.09 | 17.12 | 17.59 | 14.80 | 15.01 | 21.19 | 22.67 |
Göründüyü kimi, il ərzində kreditlər üzrə faiz dərəcələrdə nəzərə çarpan səviyyədə dəyişmə baş verməyib. Lakin maraqlı məqam odur ki, ötən ilin oktyabrından başlayaraq Mərkəzi Bank tərəfindən uçot dərəcəsi 15%-dən hazırkı 2%-dək endirilib, lakin bu, kommersiya banklarının kreditləri üzrə faiz dərəcələrində öz əksini tapmayıb. Əksinə, xarici valyutada olan kreditlər üzrə faiz dərəcələri il ərzində müəyyən qədər artıb. Bankların faiz dərəcələrinin uçot dərəcəsindən asılı olmaması bankların öz kredit fəaliyyətlərini əsasən cəlb edilən depozitlər hesabına həyata keçirməsindən irəli gəlir. Mərkəzi Bankın hesablamalarında görə, manatla kreditlərlə depozitlər arasındakı fərq ötən ilin müvafiq dövründə 5,68%-dən 5,67%-ə düşüb, xarici valyutada kreditlərlə depozitlər arasındakı fərq isə 4,48%-dən 6,82%-ə yüksəlib.