Bank Of Baku

Sentyabrda “Azfinansbank” SKB-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək

Sentyabrda “Azfinansbank” SKB-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
# 31 iyul 2009 07:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu il sentyabr ayının 15-də «Azfinansbank» Səhmdar Kommersiya Bankının (SKB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda səhmdarlar tərəfindən bankın törəmə təsərrüfat cəmiyyətinin yaradılması və digər məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, «Azfinansbank» Səhmdar Kommersiya Bankına (SKB) bank fəaliyyəti ilə bağlı lisenziya Azərbaycan Mərkəzi Bankı tərəfindən 2008-ci ilin noyabrın 30-da verilib. Bu ilin fevral ayında bank rəsmi fəaliyyətə başlayıb.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 10,563 mln. manat, depozit portfeli 0,282 mln. manat, məcmu kapitalı 9,762 mln. manat, o cümlədən nizamnamə kapitalı 10 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR