Bank Of Baku

Azərbaycan kommersiya banklarının ROA əmsalı ikinci rübdə azalıb

Azərbaycan kommersiya banklarının ROA əmsalı ikinci rübdə azalıb
# 31 iyul 2009 08:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının 2009-cu ilin I yarımilliyi üzrə aktivlərinin gəlirlilik əmsalı (ROA) 3,1% təşkil edib. Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici son bir idə 0,4 faiz bəndi artıb. Eyni zamanda ötən ilin yekunları üzrə ROA göstəricisindən 0,9 faiz bəndi artıb, cari ilin birinci rübünün yekunları üzrə göstəricisindən isə 0,2 faiz bəndi azalıb.
Bankların ROA əmsalının 3,1%-lik səviyyəsi aktivlərin hər 1 manatın 3,3 qəpik həcmində mənfəət əldə etməsini göstərir. Dünya praktikası baxımından bu rəqəm qənaətbəxş hesab olunsa da, Azərbaycanda dünya maliyyə bazarları və banklarında olan kreditlər üzrə faiz dərəcələrini dəfələrlə üstələməsi ROA əmsalının eyni səviyyədə artması ilə nəticələnməlidir. Bu nəticəyə nail olmamağın əsas səbəbi bankların xərclərinin yüksək olmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR