Bank Of Baku

“Unileasing” şirkətinin lizinq portfeli 33 mln. manata çatıb

“Unileasing” şirkətinin lizinq portfeli 33 mln. manata çatıb
# 31 iyul 2009 08:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unileasing» şirkətinin lizinq portfeli 2009-cu ilin iyul ayının 1-nə 32,86 mln. manata çatıb. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən indiyədək şirkət tərəfindən 94 lizinq müqaviləsi bağlanılıb. Bu müqavilələrə uyğun olaraq ümumi dəyəri 3,2 mln. manatdan artıq 106 obyekt lizinqə verilib.

Qeyd edək ki, şirkət fəaliyyət göstərdiyi tarixdən indiyədək 821 saziş imzalanıb və bu sazişlər üzrə lizinqə verilmiş obyektlərin dəyəri (1368 obyekt) 52 mln. manatdan çox olub.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında şirkətin lizinq portfelinin diversifikasiyasında 26% tikinti və tikinti materiallarının istehsalı, 24% istehsalat, 21% digər sektorlar 15% ticarət, 11% nəqliyyat və 3% tibb sahəsinin payına düşüb.

Xatırladaq ki, təsisçisi «UniBank» Səhmdar Kommersiya Bankı olan «UniLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Şirkətin fəaliyyət sahəsi respublikanın Şimal-Qərb, Cənub-Şərq, Şimal, Şimal-Şərq və Mərkəzi regionlarını əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR