Bank Of Baku

Azərbaycanda bankların faiz spredi 0,7 faiz bəndi azalıb

Azərbaycanda bankların faiz spredi 0,7 faiz bəndi azalıb
# 31 iyul 2009 09:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların faiz spredi 2009-cu ilin iyulun 1-nə 5,9% təşkil edib. Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici il ərzində 1,2 faiz bəndi, cari ilin yarımilliyi ərzində isə 0,7 faiz bəndi azalıb.
Faiz spredi - bankların faiz gəlirlərinin gəlir gətirən aktivlərin həcminə olan nisbətinin, faiz xərclərin faiz ödəmələrini tələb edən öhdəliklərinə nisbəti arasındakı fərq kimi hesablanır.
Son illər bank sisteminin bu nisbi əmsalında böyük dəyişkənlik müşahidə olunur:




Qeyd edək ki, bu əmsalın azalması birgə və ya ayrılıqda bir neçə göstəricinin azalması nəticəsində baş verə bilər. Belə ki, spredin azalması faiz gəlirlərin və ya faizli öhdəliklərin azalmasını və ya faiz xərclərin və gəlir gətirən aktivlərin artmasını göstərir. Məsələyə müəyyən qədər aydınlıq gətirmək üçün cari ilin iyulun 1-nə faiz spredin hesablanmasında iştirak edən göstəricilərə nəzər salmaq lazımdır.
Beləliklə, cari ilin 6 ayı ərzində (ötən ilin dördüncü rübünün göstəricisi ilə müqayisədə) faiz gəlirləri 2,2%, faiz xərcləri 7,2%, gəlir gətirən aktivlərin həcmi 9,1%, faizli öhdəliklərin həcmi isə 14,4% azalıb. Beləliklə, faiz spredin hesablanmasında istifadə olunan düsturda iştirak edən göstəricilərin çıxılan nisbətlərinin azalması ümumilikdə spredin azalmasına səbəb olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR