Bank Of Baku

Cəlal Qasımov: “Bu il ərzində “Bank of Baku” 6-7 mln. manat həcmində mənfəət əldə edəcək”

Cəlal Qasımov: “Bu il ərzində “Bank of Baku” 6-7 mln. manat həcmində mənfəət əldə edəcək”
# 31 iyul 2009 09:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» Səhmdar Kommersiya Bankı (SKB) bu il ərzində 6-7 mln. manat həcmində mənfəət edəcək. Bunu «APA-Economics»ə eksklüziv açıqlamasında bankın İdarə Heyətinin sədri Cəlal Qasımov bildirib.

S.Qasımovun sözlərinə görə, ötən il ərzində bankın mənfəəti 8 mln. manat olub. Bu il ərzində mənfəətin 2 mln. manat və ya 33,3% azalaraq 6-7 mln. manat olacağı gözlənilir: «Ümumiyyətlə, mənfəətin azalması prosesi bütün banklarda müşahidə olunan məsələdir. Bunun əsas səbəblərindən biri də bankların kredit portfelinə daha ehtiyatla yanaşmasıdır. Bununla yanaşı, bank ehtiyat limitlərini artırmaqla potensial risklərin qarşını alır və bunun nəticəsində mənfəət azalır».

Xatırladaq ki, «Bank of Baku» 1994-cü il fevralın 14-də «Tuqay Bank» adı ilə fəaliyyət göstərib. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 168,307 mln. manat, depozit portfeli 80,089 mln. manat, kredit portfeli 122,040 mln. manat, məcmu kapitalı 30,921 mln. manat, o cümlədən nizamnamə kapitalı 6,8 mln. manat təşkil edib.

Bankın hazırda respublika üzrə 15 filialı, 25 bankomatı və 211 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR