Bank Of Baku

“Bank Standard”ın “GəncKart” bütün yay boyunca!” kampaniyasının birinci tirajı keçirib

“Bank Standard”ın “GəncKart” bütün yay boyunca!” kampaniyasının birinci tirajı keçirib
# 31 iyul 2009 11:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) «GəncKart» bütün yay boyunca!» kampaniyası çərçivəsində keçirilən lotereya tirajının qaliblərinin adlarını açıqlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, tirajın qalibləri R.Paşayev, D.Ziyadxanova, G.Abbasova, J.Ələkbərzadə, N.Mahmudova, A.Rzayev və A.Teymurzadə olublar. Qaliblər fotoaparat, mobil telefon, musiqi pleyeri, hədiyyə kuponları, əyləncə və idman mərkəzlərinə biletlər və digər müxtəlif uduşlara sahib olublar.

Qeyd edək ki, «GəncKart» bütün yay boyunca!» kampaniyası daha iki ay davam edəcək. Kampaniyaya indiyədək qoşulmayan «GəncKart» sahibləri 2009-cu ilin avqust və sentyabr aylarının sonunda keçiriləcək tirajlarda iştirak edə bilərlər.
Xatırladaq ki, «GəncKart»dan POS-terminal vasitəsilə edilən ödənişlərin hər 10 manatı (və ya dolları) həmin kartın sahibinə bir lotereya şansı verir.

«AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 539,286 mln. manat, depozit portfeli 153,501 mln. manat, kredit portfeli 383,904 mln. manat və məcmu kapitalı 79,365 mln. manat, o cümlədən nizamnamə kapitalı 65 mln. manat təşkil edib.

Hazırda bankın respublika üzrə 17 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR