Bank Of Baku

«Gəncəbank» son bir il ərzində depozit portfelini 47% genişləndirib

«Gəncəbank» son bir il ərzində depozit portfelini 47% genişləndirib
# 31 iyul 2009 13:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Gəncəbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi cari ilin iyul ayının 1-nə 32,784 mln. manat təşkil edib ki, bu da ötən ilin iyul ayının 1-nə olan göstəricidən 48% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 47% artaraq 2,994 mln. manat, kredit portfeli 5,4% artaraq 20,385 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 2,368 mln. manat olub. Həmçinin bankın məcmu kapitalı 21,6% artaraq 14,023 mln. manat, o cümlədən nizamnamə 21% artaraq 12,1 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın gəlirləri 19,9% artaraq 2,046 mln. manat, xərcləri isə 46,4% azalaraq 1,350 mln. manata çatıb. Nəticədə bankın mənfəəti 12% azalaraq 0,696 min manat olub. Bu müddət ərzində bankın işçilərinin sayı 2,7 dəfə azalaraq 81 nəfər, orta aylıq əmək haqqı isə 4,6% artaraq 523 manat olub.

Xatırladaq ki, «Gəncəbank» SKB 1994-cü ildən fəaliyyət göstərən ilk regional bankdır ki, baş ofisi Gəncə şəhərində yerləşir. Bankın baş ofisdən əlavə, respublika üzrə 3 filialı, 6 bankomatı və 15 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR