Bank Of Baku

Asiya İnkişaf Bankının qiymətləndirici missiyası Azərbaycana gələcək

Asiya İnkişaf Bankının qiymətləndirici missiyası Azərbaycana gələcək
# 31 iyul 2009 14:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqustun 3-də Asiya İnkişaf Bankının (AİB) qiymətləndirici missiyası Azərbaycana səfər edəcək.
AİB-in Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, səfərin əsas məqsədi Azərbaycanın bank sektorunun hazırki durumu ilə tanış olmaq və qiymətləndirməkdir. AİB-in nümayəndə heyti Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Beynəlxalq Bankı, «Access Bank» və «AGBank»da görüşlər keçirəcək. Bundan başqa, missiyanın Azərbaycanda fəaliyyət göstərən digər beynəlxalq təşkilatlarda da (Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və s.) görüşləri nəzərdə tutulub. Tərəflər arasında Azərbaycanın bank sektorundakı fəaliyyət müzakirə olunacaq.
Avqustun 8-dək davam edəcək missiyaya AİB-in Risklərin idarə olunması şöbəsinin nümayəndəsi Donald Lambert (Donald Lambert) başçılıq edəcək. Bundan başqa, nümayəndə heyətinin tərkibinə AİB-in Özəl sektorda əməliyyatların aparılması şöbəsinin nümayəndələri xanım Pamela Brasey (Pamela Bracey) və xanım Eliza Paterno (Elisa Paterno) daxildir.
Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bu dövr ərzində AİB Azərbaycanın dövlət və qeyri-dövlət sektorlarına 200 mln. ABŞ dollarına yaxın kredit ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR