Bank Of Baku

Azərbaycan İpoteka Fondunun 2008-ci ildəki fəaliyyətinin yekunları üzrə auditin nəticələri açıqlanıb

Azərbaycan İpoteka Fondunun 2008-ci ildəki fəaliyyətinin yekunları üzrə auditin nəticələri açıqlanıb
# 03 avqust 2009 08:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Baker Tilly Azerbaijan» şirkəti tərəfindən Azərbaycan İpoteka Fondunun (AİF) 2008-ci ildəki maliyyə-təsərrüfat fəaliyyətinin yekunları üzrə keçirilən auditin nəticələri açıqlanıb.

«APA-Economics»in məlumatına görə, auditin yekunlarına əsasən, 2008-ci ilin sonuna Fondun aktivləri 68 886,877 manat təşkil edib ki, bu da, 2007-ci illə müqayisədə 47,3% çoxdur. Ötən il ərzində AİF-in kredit portfelinin həcmi 59 560,713 min manat, borc kağızlarının həcmi 7 994,312 min manat təşkil edib ki, 2007-ci illə müqayisədə kredit portfeli 30,5% artıb, borc kağızları isə 2007-ci ildə AİF-in balansında olmayıb. Hesabat dövründə Fondun xalis aktivləri 2007-ci illə müqayisədə 47,4% artaraq 68 798,395 min manata çatıb.

Bölüşdürülməmiş mənfəətə gəldikdə isə, 2008-ci il ərzində bu göstərici 2007-ci ildəkindən 21,9% çox olub və 798,385 min manat təşkil edib. Fondun 2008-ci ildə ümumi gəlirləri 1 314,4 min manat, xərcləri isə 1 170,77 min manat olub ki, gəlirlərin həcmi 2007-ci illə müqayisədə 8,5%, xərclərin həcmi isə 40% artıb. Bundan başqa, hesabat dövründə AİF-in faiz gəliri 8,4% artaraq 1 298,427 min manata çatıb.

Auditin nəticələrində həmçinin göstərilib ki, əgər 2007-ci ildə dövlət büdcəsindən Fonda 46 mln. manat vəsait ayrılmışdırsa, 2008-ci ildə büdcədən AİF-ə verilən vəsaitin həcmi 47,8% artaraq 68 mln. manat təşkil edib.

Qeyd edək ki, 2005-2008-ci illərdə müvəkkil kredit təşkilatları tərəfindən Fondun şərtlərinə uyğun 67,9 mln. manat məbləğində ipoteka kreditləri verilib. Ayrılmış kreditlərin 63,3 mln. manatı artıq AİF tərəfindən yenidən maliyyələşdirilib. Qalan ipoteka kreditləri isə «Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları»na uyğun tələb olunan sənədlər AİF-ə təqdim edildikcə müvafiq qaydada yenidən maliyyələşəcək. Bu müddət ərzində dövlət büdcəsində Fondun şərtləri ilə verilən ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsi məqsədilə 80 mln. manat məbləğində vəsait nəzərdə tutulub ki, bunun 68 mln. manatı artıq büdcədən Fonda köçürülüb. Cari il ərzində dövlət büdcəsində ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş 34 mln. manatdan 22 mln. manatı artıq AİF-ə köçürülüb.

Xatırladaq ki, AİF 2005-ci ilin sentyabr ayında yaradılıb. Azərbaycanda ipoteka kreditlərinin maliyyələşdirilməsi mexanizmini yaratmaq məqsədilə 2005-ci ilin dekabrın 22-də Fondun əsasnaməsi təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR