Bank Of Baku

«Turanbank» son bir ildə aktivlərini 7% artırıb

«Turanbank» son bir ildə aktivlərini 7% artırıb
# 03 avqust 2009 08:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin iyul ayının 1-nə 81,6 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 8,5% artaraq 62,3 mln. manata, məcmu kapitalı 25,2% artaraq 19,7 mln. manata, o cümlədən nizamnamə kapitalı 21,4% artaraq 17 mln. manata çatıb.

Bu müddət ərzində bankın gəlirləri 8,61 mln. manat, xərcləri isə 6,9 mln. manat təşkil edib. Nəticədə, bankın balans mənfəəti 55,5% artaraq 1,7 mln. manat olub.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (20%) və 20 fiziki şəxs olan (80%) «Turanbank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 11 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR