Bank Of Baku

Azərbaycanda dövlət ipoteka kreditləşməsi bərpa olunduqdan sonra 400-dən çox vətəndaşa ipoteka krediti verilib

Azərbaycanda dövlət ipoteka kreditləşməsi bərpa olunduqdan sonra 400-dən çox vətəndaşa ipoteka krediti verilib
# 03 avqust 2009 08:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan İpoteka Fondu (AİF) artıq ölkədə ipoteka kreditləşməsinin bərpasından keçən iki ay ərzində müvəkkil kredit təşkilatları tərəfindən adi ipoteka krediti almaq üçün 1 200-dən artıq, güzəştli ipoteka krediti almaq üçün isə 150-yə yaxın vətəndaşın rəsmi müraciət ərizələrini qəbul edib.

AİF-in mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, daxil olmuş müraciətlər üzrə kredit məbləğlərinin ümumi həcmi 51 mln. manatdan çoxdur. Bu məbləğin 5 mln. manata yaxını güzəştli ipoteka krediti almaq istəyən vətəndaşların müraciətləridir.

Qeyd edək ki, bu müddət ərzində müraciət edən vətəndaşların 400-dən çoxu artıq ipoteka kreditlərindən faydalanıb. Verilmiş kreditlərin ümumi həcmi isə 17 mln. manatdan artıq olub. Yalnız iyul ayı ərzində verilmiş ipoteka kreditlərinin həcmi 16 mln. manatı ötüb.

Xatırladaq ki, Azərbaycanda ipoteka kreditlərinin verilməsinə 2006-cı ilin mart ayından başlanılıb. Bu il dövlət büdcəsindən ipoteka kreditləri üçün 34 mln. manat vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR