Bank Of Baku

Azərbaycan bankları üzrə ROE əmsalı azalıb

Azərbaycan bankları üzrə ROE əmsalı azalıb
# 03 avqust 2009 10:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən banklar üzrə kapitalın gəlirlik əmsalı (ROE) 2009-cu ilin I yarısının yekunlarına görə 0,212 təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ROE əmsalı 0,005 bənd, cari ilin əvvəlindən 0,042 bənd yüksəlib, ikinci rübdə isə 0,025 bənd azalıb:




Xatırladaq ki, ROE əmsalı mənfəətin kapitala olan nisbəti kimi hesablanır. Göründüyü kimi, cari ilin birinci rübündə ROE əmsalının kəskin artması, ikinci rübdə isə azalması müşahidə olunub. Əmsalın yüksəlməsi kommersiya bankları üzrə kapitalın səmərəliliyinin artmasını göstərir. Yəni, 0,212 bənd səviyyəsində olan ROE əmsalı bankların kapitallarına qoyulmuş hər 1 manatın 21,2 qəpik mənfəət gətirməsi deməkdir. Qeyd edək ki, Rusiya, Qazaxıstan, Gürcüstan kimi ölkələrin bank sistemlərində müşahidə olunan analoji göstəricilərlə müqayisədə Azərbaycanda ROE əmsalı daha yüksək səviyyədədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR