Bank Of Baku

Azərbaycan bank sistemində ödəmə qabiliyyəti zəifləyir

Azərbaycan bank sistemində ödəmə qabiliyyəti zəifləyir
# 03 avqust 2009 13:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların xalis likvid aktivlərin depozitlərin ümumi məbləğində nisbəti 2009-cu ilin I yarısının yekunlarına görə 57,8% təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici cari ilin əvvəlindən 2,8 faiz bəndi artıb, ikinci rübün əvvəlindən isə 0,9 faiz bəndi azalıb.

Bankların xalis likvid aktivlərin depozitlərə nisbəti göstəricisinin dəyişməsi əsasən depozitlərin dinamikası ilə bağlı olub. Belə ki, bankların ümumi depozitlərinin həcmi ilin əvvəlindən 16,5% azalıb, ikinci rüb ərzində isə 5,3% artıb və nəticədə, həmin göstəriciyə bölünməklə hesablanan nisbət əks proporsional olaraq dəyişib.

Ümumilikdə, likvid aktivlərin depozitlərin 58%-i təşkil etməsi bank sistemi üçün müsbət göstəricidir, çünki bankların yüksək ödəmə qabiliyyətini əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR