Bank Of Baku

«UniBank» SMS məlumatlandırılması sahəsində yeni xidmətlərin tətbiqinə başlayıb

«UniBank» SMS məlumatlandırılması sahəsində yeni xidmətlərin tətbiqinə başlayıb
# 04 avqust 2009 08:35 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankı (SKB) müştərilərin SMS məlumatlandırılması sahəsində hesabların vəziyyəti, əmanətlər, kreditlər və plastik kartların balansları haqqında operativ məlumat əldə etmək imkanı verən yeni xidmətlərin tətbiqinə başlayıb.

«UniBank» SKB-nin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, SMS məlumatlandırılma sisteminin yeni opsiyalarından istifadə etmək üçün bankın hər bir müştərisinin 8558 SMS nömrəsinə açar sözdən ibarət olan qısa məlumatı göndərməsi kifayətdir. Aşağıda göstərilmiş səkkiz açar sözü vasitəsilə «Azercell» mobil rabitə operatorunun nömrələrinin sahibləri hesablardakı qalıqlar və vəsaitlərin hərəkəti barədə, əmək haqqının ödənilməsi haqqında məlumat, kreditlər üzrə ödəniş tarixləri, depozit müddətlərinin başa çatması haqqında xəbərdarlıqlar, plastik kartların qüvvədə olma dövrü, Mərkəzi Bankın rəsmi valyuta məzənnələrini və digər zəruri məlumatı real vaxt rejimində əldə edə bilər.

Aparıcı sözlər

SMS məlumatlandırma sisteminin opsiyaları

BAL

Hesablardakı qalıqlar

MOVE

Gün ərzində hesablar üzrə hərəkət

RATE

Mərkəzi Bankın rəsmi valyuta məzənnələri

DEP

Depozitin bağlanması müddəti haqqında xatırlama

CRED

Kredit müqaviləsinin bağlanması və ssudaların və faizlərin ödənilməsi məbləği haqqında xatırlama

PAY

Ssudalar üzrə ödənişlərin, ödəniş qrafiki üzrə faizlər də daxil olmaqla, ödəniş müddəti, məbləği haqqında xatırlama

CARD

Plastik kartın qüvvədə olma müddətinin başa çatması haqqında məlumat

SMS

SMS-bankinq xidmətlərinə abunənin başa çatması haqqında xatırlama


* Aparıcı sözün daxil edilməsi zamanı hərflərin registrinin əhəmiyyəti yoxdur

SMS məlumatlandırma sahəsində müştərilərə təklif olunan əlavə funksiyalar istifadədə rahatdır və bank əməliyyatlarına məsafədən nəzarət etmək, kreditlərin ödənilməsində gecikmə halların qarşısını almaq imkanı verir, habelə pul vəsaitlərinin qorunması üzrə əlavə tədbirləri təmin edir. SMS məlumatlandırma sisteminə qoşulmaq üçün «UniBank»ın müştəriləri bankın filiallarına müraciət etməli və xidmətin aktivləşdirilməsi üçün müvafiq ərizəni doldurmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR