Bank Of Baku

Azərbaycanda bank aktivlərinin keyfiyyəti pisləşir

Azərbaycanda bank aktivlərinin keyfiyyəti pisləşir
# 04 avqust 2009 08:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının aktivlərinin strukturunda qeyri-standart aktivlərin həcmi 2009-cu ilin iyul ayının 1-nə 430,45 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 151,26 mln. manat və ya 54,2% artıb.

Eyni zamanda, qeyri-standart aktivlərin xüsusi çəkisi də il ərzində yüksəlib. Belə ki, ötən ilin iyulun əvvəlinə bu göstərici 3,6% təşkil etdiyi halda, 2009-cu ilin iyulun 1-nə artıq 5,2%-dək artıb.

Qeyri-standart aktivlərin tərkibinə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər daxildir. Bunların arasında ən yüksək nisbi illik artım (2 dəfə) təhlükəli aktivlər üzrə müşahidə olunub. Ümumilikdə isə, cari ilin iyulun 1-nə qeyri-qənaətbəxş aktivlərin həcmi 162,04 mln. manat (illik artım – 28,1%), təhlükəli aktivlərin həcmi 162,79 mln. manat (illik artım – 2 dəfə), ümidsiz aktivlərin həcmi isə 105,62 mln. manata (illik artım – 47,1%) bərabər olub.

Qeyd edək ki, qeyri-standart aktivlərin həcmi və xüsusi çəkisinin ötən ilin ortası ilə müqayisədə kəskin artması ilk növbədə dünya maliyyə böhranı nəticəsində Azərbaycan bank sistemində likvidlik probleminin yaranması və xarici ticarət konyunkturasının mənfiyə doğru dəyişməsinə görə bankların bir sıra borcalanların biznesləri və maliyyə vəziyyətlərinin pisləşməsi ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR