Bank Of Baku

Azərbaycanda bank kreditlərinin regionlara verilməsi artmaqdadır

Azərbaycanda bank kreditlərinin regionlara verilməsi artmaqdadır
# 04 avqust 2009 09:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kredit portfelinin strukturunda regionlara verilən kreditlərin xüsusi çəkisi 2009-cu ilin iyul ayının 1-nə 15,7% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz bəndi çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhəri üzrə kredit qoyuluşlarının 51,1%-i milli valyuta, qalan 48,9%-i xarici valyuta ilə verilib. Regionlarda isə kredit qoyuluşlarının dollarlaşma səviyyəsi daha aşağıdır. Belə ki, cari ilin iyulun 1-nə regionlar üzrə kredit qoyuluşlarının 65%-i manatla, 35%-i isə xarici valyutada ayrılıb.

Ümumilikdə, ölkənin bölgələri üzrə kredit qoyuluşlarının strukturu aşağıdakı kimidir:

 

01.07.2009

01.07.2008

Bakı

84,3%

86,3%

Abşeron

0,4%

0,2%

Sumqayıt

3,7%

2,9%

Gəncə

1,9%

2%

Naxçıvan

0,5%

0,3%

Lənkəran

0,7%

0,7%

Digər şəhər və rayonlar

8,5%

7,6%



Qeyd edək ki, bölgələrə verilən kreditlərin xüsusi çəkisinin artmasının Mərkəzi Bank tərəfindən regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər və kredit təşkilatlarının regional şəbəkəsinin genişləndirilməsi ilə bağlıdır.

Cari ilin iyulun 1-nə bankların kredit qoyuluşlarının ümumi həcmi 6 463,8 mln. manata bərabər olub ki, bu da son bir ildə 4,5%-lik artım deməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR