BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ümumi əqdlərin 91,8%-i dövlət qiymətli kağızlarının (DQK) payına düşüb. Yanvar-iyul aylarında azalma əsasən DQK bazarı üzrə müşahidə olunub. Məhz notların ilkin və təkrar bazarında müvafiq olaraq 78,76% və 79,41% azalma qeydə alınıb. Hesabat dövründə həmçinin repo əməliyyatları 47,53% azalıb və ümumilikdə DQK bazarında dövriyyə 49,96% düşüb.
Bundan başqa, hesabat dövründə korporativ istiqrazlar bazarı 1,4 dəfə, o cümlədən korporativ istiqrazların təkrar bazarı 3,6 dəfədən çox artıb.
Ən böyük artım səhmlərin təkrar bazarında qeydə alınıb. Belə ki, bu sektorda əməliyyatların həcmi 200 dəfə, səhmlərin ilkin bazarının həcmi isə 75,1% artıb.
Həmçinin, birja fəallığının artımı DQİ-lərin ilkin və təkrar bazarında hiss olunub və müvafiq olaraq 1,6 və 5,5 dəfə olub.
Bazarın seqmentləri | Yanvar-iyul, 2009 | Yanvar-iyul, 2008 | Nisbət | ||
Əməliyyatların həcmi, (AZN) | Əməliyyatların miqdarı | Əməliyyatların həcmi (AZN) | Əməliyyatların miqdarı | ||
Dİ (yerləşdirmə) | 286 379 871,06 | 164 | 170 537 159,08 | 131 | 1,7 dəfə |
Dİ (təkrar bazar) | 139 423 136,70 | 74 | 25 274 071,74 | 36 | 5,5 dəfə |
Notlar (yerləşdirmə) | 229 767 538,86 | 137 | 1 081 778 083,54 | 474 | 21,24 |
Notlar(təkrar bazar) | 66 880 124,52 | 38 | 324 779 587,94 | 243 | 20,59 |
Repo əməliyyatları | 1 718 793 035,03 | 412 | 3 275 984 474,67 | 1 039 | 52,47 |
Cəmi DQK bazarı | 2 441 243 706,17 | 825 | 4 878 353 376,97 | 1 923 | 50,04 |
Korporativ istiqrazlar (yerləşdirmə) | 26 704 313,03 | 31 | 32 200 616,50 | 41 | 82,93 |
Korporativ istiqrazlar | 33 207 686,60 | 19 | 9 185 541,77 | 67 | 3,6 dəfə |
Səhmlər (yerləşdirmə) | 128 620 247,40 | 1 264 | 73 472 713,40 | 350 | 1,75 dəfə |
Səhmlər | 29 607 155,74 | 1,824 | 147 322,60 | 265 | 201,4 dəfə |
Cəmi KQK bazarı | 218 139 402,77 | 3 138 | 115 006 194,27 | 723 | 1,9 dəfə |
Cəmi | 2 659 383 108,94 | 3 963 | 4 993 359 571,24 | 2 646 | 53,26 |
Dİ – dövlət istiqrazları;
DQK – dövlət qiymətli kağızları;
KQK – korporativ qiymətli kağızları.