Bank Of Baku

Bakı Banklararası Valyuta Birjasının dövriyyəsi iyulda 44% azalıb

Bakı Banklararası Valyuta Birjasının dövriyyəsi iyulda 44% azalıb
# 04 avqust 2009 11:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 46 ticarət sessiyasında 46 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 15 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 47,562 mln. manat və ya dollar ekvivalentində 59,175 mln. təşkil edib. Bu isə cari ilin iyun ayı ilə müqayisədə 37,9 mln. manat və ya 44% dəfə azdır.

Hesabat ayında həmçinin Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 2,573 mln. dollara çatıb, halbuki hər əqdin orta həcmi 1,286 mln. dollar təşkil edib.

Eyni zamanda, iyul ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların ilk beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya «Azərbaycan Sənaye Bankı» (29,57%), «UniBank» (17,15%), Azərbaycan Beynəlxalq Bankı (12,76%), «AGBank» (10,14%) və «Texnikabank» (8,03%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR