Bank Of Baku

Azərbaycanda qiymətli kağızlar bazarı haqqında yeni maarifləndirmə konsepsiyasının təqdimatı keçirilib - FOTO

Azərbaycanda qiymətli kağızlar bazarı haqqında yeni maarifləndirmə konsepsiyasının təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 04 avqust 2009 11:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2009-2011-cü illər üçün nəzərdə tutulmuş məlumatlandırma və maarifləndirmə konsepsiyasının təqdimatını keçirib.

«APA-Economics»in məlumatına görə, təqdimatda çıxış edən QKDK Aparatının rəhbəri Mehman Abbas qeyd edib ki, konsepsiyanın əsas məqsədi ictimaiyyəti ölkənin qiymətli kağızlar bazarı haqqında ətraflı məlumatlandırılmasıdır. Belə ki, konsepsiyada məlumatlandırılanlar hədəf qruplarına bölüşdürülüb. Hədəf qruplarına yerli və xarici investorlar, emitentlər, maliyyə təşkilatları (peşəkar iştirakçılar), KİV nümayəndələri, tədqiqatçılar və universitet müəllimləri, tələbə və şagirdlər, həmçinin geniş əhali təbəqəsi aiddir.

Konsepsiyada məlumatlandırma iki hissəyə bölünüb ki, birincisinə baza bilikləri (bazarın mövcud vəziyyəti, qanunvericiliyin və qiymətli kağızlar növlərinin formalaşdırılması), ikinciyə isə QKDK tərəfindən həyata keçirilən tədbirlər (qiymətli kağızların buraxılışı və emissiyanın qeydiyyatı, peşəkar fəaliyyət üçün xüsusi razılıqlar və s.) daxildir.

M.Abbas həmçinin qeyd edib ki, məlumatlandırma və maarifləndirmə konsepsiyasının icra mexanizminə QKDK-nın veb-saytının yenilənməsi, «qaynar xətt»in yaradılması, dəyirmi masaların təşkili, kapital bazarları üzrə təlim mərkəzinin yaradılması, televiziya, qəzet və jurnallarda rubrikaların yaradılması, normativ sənədlər toplusunun hazırlanması, izahlı lüğətin tərtibi, ixtisaslaşdırılmış KİV nümayəndələri arasında müsabiqələrin keçirilməsi, habelə ixtisas dərslərinin və ali təhsil üzrə tədris proqramlarının təkmilləşdirilməsi, müəllimlərin təlimi daxildir.

M.Abbasın sözlərinə görə, konsepsiyanın icrasına resurs kimi əsasən daxili, beynəlxalq təşkilatlar və yerli tərəfdaşlar cəlb olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR