Bank Of Baku

Ötən ay Azərbaycanda dollar 0,11% bahalaşıb

Ötən ay Azərbaycanda dollar 0,11% bahalaşıb
# 04 avqust 2009 11:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,11% düşüb.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ABŞ dollarının məzənnəsi 0,8028 AZN-dən 0,8037 AZN-dək qalxıb. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi iyul ayında 0,8037 AZN-ə bərabər olub. Halbuki, cari ilin iyun ayında bu göstərici 0,8033 AZN təşkil edib.

Xatırladaq ki, bu ilin iyul ayında BBVB-nin valyuta bölməsində keçirilən 46 ticarət sessiyasında 15 bankın iştirakı ilə 47,562 mln. manat və ya 59,175 mln. ABŞ dolları həcmində 46 alqı-satqı əqdi qeydə alınıb. Bu isə iyun ayı ilə müqayisədə 44% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR