Bank Of Baku

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti artır

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti artır
# 04 avqust 2009 12:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2009-cu ilin yanvar-iyun ayları üzrə 1,46 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatı əsasında apardığı hesablamalara görə, bu göstərici yanvar-may ayları ilə müqayisədə 0,03 bənd yüksəlib.

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi hesablanır. Beləliklə, yanvar-iyun ayları üzrə indeks əhalinin gəlirlərinin iki ən əsas xərclər istiqamətini 46% üstələdiyini əks etdirir.

Qeyd edək ki, bu nisbət 1 rəqəmindən aşağı olduğu halda əhalinin alıcılıq qabiliyyəti mənfi hesab oluna bilər, çünki əhalinin əldə etdiyi gəlirlər malların alınması və xidmətlərin ödənilməsini təmin edə bilmir. Digər tərəfdən, həmin vəziyyət yarandığı halda, yəni xərclər gəlirləri üstələdikdə, əhali öz tələbatını təmin etmək üçün öz yığımlarından istifadə etmək məcburiyyəti qarşısında qalır. Lakin hələlik Azərbaycanda bu, baş vermir.

Xatırladaq ki, cari ilin yanvar-may aylarının yekunlarına görə, alıcılıq qabiliyyəti indeksi 1,43 bəndə bərabər olub, bu da öz növbəsində yanvar-aprel aylarının göstəricisindən 0,02 bənd çoxdur. Beləliklə, hazırda Azərbaycanda alıcılıq qabiliyyətinin tədricən artması müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR