Bank Of Baku

Azərbaycan qiymətli kağızlar bazarında yeni listinq qaydalarının tətbiqinə başlayıb

Azərbaycan qiymətli kağızlar bazarında yeni listinq qaydalarının tətbiqinə başlayıb
# 04 avqust 2009 14:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı Fond Birjası (BFB) yeni listinq qaydalarının tətbiqinə başlayıb. Bu barədə «APA-Economics»ə BFB-nın İdarə Heyətinin sədri Xəyal Abdinov məlumat verib.

X.Abdinovun sözlərinə görə, yeni qaydalar üç pilləli listinq sisteminin tətbiqini nəzərdə tutur: «Belə ki, birinci və ikinci pillələr sırf listinq pillələri, üçüncü pillə isə qeyri-listinq pilləsidir. Listinqin birinci pilləsində tələblər daha sərtdir. Burada şirkətlərin korporativ idarəetmə sisteminə, ümumiyyətlə şirkətin fəaliyyətinə diqqət yetiriləcək. İkinci pillənin tələbləri bir qədər yumşaqdır və ölkənin qanunvericiliyinin baza tələblərinə əsaslanır. Üçüncü pillədə isə listinqdən keçməyən və yaxud keçmək istəməyən səhmdar cəmiyyətləri yer alacaq ki, onlar öz səhmlərini BFB vasitəsi ilə satmaq məcburiyyətində olacaq».

Qeyd edək ki, BFB-nın proqnozlarına görə, birinci pillədən təxminən 10-15 şirkətin, ikinci pillədən isə daha çox şirkətin keçəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR