Bank Of Baku

«Bank Avrasiya» ilk ipoteka kreditini verib

«Bank Avrasiya» ilk ipoteka kreditini verib
# 05 avqust 2009 07:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» Açıq Səhmdar Cəmiyyəti (ASC) dövlət ipoteka proqramı çərçivəsində Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına ilk ipoteka kreditini verib.

Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, verilmiş kreditin məbləği 50 min manat, müddəti isə 15 il təşkil edir. İpoteka kreditini götürən şəxs «Bank Avrasiya»ya iyulun birinci yarısında müraciət edib və qısa müddət ərzində ipoteka kreditini alıb.

Qeyd edək ki, «Bank Avrasiya» ASC-yə lisenziya 2007-ci ilin noyabr ayında verilib. Cari ilin iyul ayının 1-nə bankın aktivləri 48 136,83 min manat, depozit portfeli 22 268,52 min manat, kredit portfeli 22 120,46 min manat, cari mənfəəti isə 919,04 min manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR