Bank Of Baku

Azərbaycanda xarici valyutada depozitlər üstünlük təşkil edir

Azərbaycanda xarici valyutada depozitlər üstünlük təşkil edir
# 05 avqust 2009 08:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında 2009-cu ilin iyul ayının 1-nə yerləşdirilmiş depozitlərin (qeyri-rezidentlərin depozitlərini nəzərə alınmadan) həcminin 57%-i xarici valyutanın payına düşür. «APA-Economics»in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, iyulun 1-nə rezidentlərin depozitlərinin həcmi 3,2 mlrd. manat təşkil edib ki, bunun da 1,82 mlrd. manatı xarici valyutada yerləşdirilib.

Qeyd edək ki, cari ilin əvvəlinə və ötən ilin müvafiq dövrünə olan göstəriciləri nəzərə alanda məlum olur ki, manatla olan depozitlərin xüsusi çəkisi təxminən 41-45% arasında dəyişib. Belə ki, ötən ilin iyulun 1-nə manat depozitlərinin xüsusi çəkisi 42%, cari ilin əvvəlində isə 45% təşkil edib. Ümumilikdə isə, daha uzunmüddətli dinamika baxımından depozitlərin strukturunda xarici valyuta/manat nisbətinin tədricən tarazlaşması tendensiyası müşahidə olunur. Məsələn, 2003-cü ildə manat depozitlərinin xüsusi çəkisi 18%, 2005-ci ildə 19%, 2007-ci ildə artıq 39%-ə bərabər olub.

Xarici valyutada olan depozitlərin ümumilikdə böyük paya malik olmasının əsas səbəblərindən biri kimi Azərbaycanda sahibkarlar tərəfindən idxal-ixrac əməliyyatlarının yüksək fəallıqla aparılmasını qeyd etmək olar. Bu halda sahibkarlar idxal-ixrac əməliyyatlarda iştirak edən maliyyə vəsaitlərini məhz xarici valyutada saxlayaraq, həmin depozitlərin həcmini və xüsusi çəkisini artırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR