Bank Of Baku

Azərbaycanda pul bazasının artması davam edir

Azərbaycanda pul bazasının artması davam edir
# 05 avqust 2009 09:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2009-cu ilin iyul ayının 1-nə 3 888,9 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 140,4 mln. manat və ya 3,8% artıb, lakin cari ilin əvvəlindən 892,4 mln. manat və ya 18,7% azalıb.

Qeyd edək ki, cari ilin ilk dörd ayı ərzində təhlil olunan göstərici üzrə ardıcıl azalma müşahidə olunub, lakin mayda tendensiya dəyişib və pul bazasının həcmi mayda 140,9 mln. manat artıb, iyunda isə həmin dinamika davam edib və aylıq artım 68,4 mln. manat təşkil edib.

Pul bazası mərkəzi bankın ehtiyat pulları sayılır və onun təmin edilməmiş pul kütləsini artırmamaqla pul tələbatını tənzimləmək və ümumilikdə, pul siyasətini həyata keçirmək imkanlarını əks etdirən pul-kredit siyasətinin əsas alətlərindən biridir. Ümumilikdə, pul bazasına dövriyyədə olan nağd pullar və mərkəzi bankda saxlanılan kommersiya banklarının vəsaitləri daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR