Bank Of Baku

«TBC Kredit» sahibkarlıqla məşğul olan qaçqın və məcburi köçkünlərə qrant ayırıb

«TBC Kredit» sahibkarlıqla məşğul olan qaçqın və məcburi köçkünlərə qrant ayırıb
# 05 avqust 2009 09:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «TBC Kredit» qeyri-bank kredit təşkilatı və «Kömək» beynəlxalq humanitar qeyri-hökumət təşkilatı Azərbaycanda qaçqın və məcburi köçkünlərdən ibarət sahibkarlara kömək göstərilməsi məqsədilə qrant ayırıb.

«TBC Kredit»dən «APA-Economics»ə verilən məlumata görə, qrantın birinci hissəsinin verilməsi keçən həftə müvəffəqiyyətlə yerinə yetirilib, cari ilin sonuna qədər isə qrantın ikinci hissəsinin verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, «TBC Kredit» 1999-cu ilin dekabrında «Shore Overseas Azerbaijan Credit» (SOA Credit) qeyri-bank kredit təşkilatı adı ilə yaradılıb. «SOA Credit» qeyri-bank kredit təşkilatının brendi 2007-ci ilin may ayında dəyişərək «TBC Kredit» olub. Brendin dəyişməsi Gürcüstanın aparıcı bankı olan «TBC Bank»ın təşkilatın yeni təsisçisi olması ilə əlaqədardır. «SOA Credit»in nizamnamə kapitalındakı 75%-lik iştirak payı Gürcüstanın «TBC Bank»ına satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR