Bank Of Baku

Azərbaycan bəzi ölkələrlə aparılan pul mübadiləsi barədə məlumatları toplayacaq

Azərbaycan bəzi ölkələrlə aparılan pul mübadiləsi barədə məlumatları toplayacaq
# 05 avqust 2009 11:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Nazirlər Kabineti Mərkəzi Bankın (AMB) yanında Maliyyə Monitorinqi Xidmətinə ölkəyə gətirilən və ya çıxarılan valyuta sərvətlərinə dair təqdim edilən məlumatların tərtib olunma formasını təsdiq edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, bu hökumətin qərarına əsasən, bəzi dövlətlərə aparılan və gətirilən valyuta sərvətlərinə dair məlumatlar Dövlət Gömrük Komitəsi tərəfindən Maliyyə Monitorinqi Xidmətinə təqdim ediləcək.

Həmin dövlətlərə yalnız cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, habelə maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanmasını tələb etməyən dövlətlər aid olunacaq. Belə dövlətlərin siyahısı Maliyyə Monitorinqi Xidməti tərəfindən fəaliyyətinin növbəti mərhələsində müəyyənləşdiriləcək və əsas kimi Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) tərtib etdiyi pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlıq etmək istəməyən ölkələrin siyahısı götürüləcək. Hazırda FATF-ın müvafiq siyahısında heç bir dövlət mövcud deyil.

Siyahının tərtib olunması halında Azərbaycan Respublikasının müvafiq qurumları və ictimaiyyət əlavə olaraq məlumatlandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR