Bank Of Baku

IFC-nin Azərbaycan üzrə cari portfeli 130 mln. dolları ötüb

IFC-nin Azərbaycan üzrə cari portfeli 130 mln. dolları ötüb
# 05 avqust 2009 11:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyə Korporasiyası (IFC) Azərbaycanla əməkdaşlıq etdiyi dövrdə ölkəyə 400 mln. ABŞ dollarından artıq vəsait ayırıb.

IFC-nin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, tərəflər arasında əməkdaşlığa 1995-ci ildən başlanılıb və bu müddət ərzində IFC Azərbaycana 300 mln. dollar məbləğində birbaşa kredit vəsaiti və 104 mln. dollar məbəğində sindikatlaşdırılmış kreditlər ayırıb: «Hazırda IFC-nin Azərbaycan üzrə cari portfeli 131 mln. dollar təşkil edir».

Xatırladaq ki, ötən dövr ərzində IFC Azərbaycanda 40-dan artıq layihə maliyyələşdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR