APA-nın bütün oxucuları Azərbaycan İnvestisiya Sammitində güzəştlə iştirak edə bilər
«APA-ECONOMICS»in məlumatına görə, üç gün davam edəcək tədbir çərçivəsində plenar iclaslar, tematik sessiyalar, investorlarla görüşlər və müzakirələr keçiriləcək. Sammitin proqramına Azərbaycanın dövlət qurumaları, iri şirkət və təşkilatların nümayəndələrinin 50-dən artıq çıxışı və təqdimatları daxil edilib.
APA İnformasiya Agentliyi sammitin rəsmi media tərəfdaşı rolunda çıxış edir və agentliyin bütün abunəçiləri sammitdə iştirak etmək üçün qeydiyyatdan keçərkən iştirak haqqını ödədikdə 10%-lik güzəşt əldə edə biləcək. Qeydiyyatdan keçərkən http://www.adamsmithconferences.com/YJ1APA saytının «Şərhlər» bəndində YJ1APA kodu göstərilməlidir.
Sammitin əsas mövzuları və tədbirləri:
* «Azərbaycanda biznes və siyasət» - Azərbaycan hökuməti və iri korporasiyaların nümayəndələrinin məruzələri. Bu sessiyaya Azərbaycanın siyasi, iqtisadi nümayəndələri, həmçinin iş adamlarının çıxışları daxil olacaq. Sessiyada Azərbaycandakı hazırkı siyasi və iqtisadi vəziyyət, son dəyişliklər müzakirə olunacaq. Bundan başqa, sessiyada Azərbaycanın qanunvericilik orqanları və şirkətlərin rəhbərləri müasir iqtisadi vəziyyətə nə qədər effektli uyğunlaşa bilmələrini təhlil edəcəklər;
* Korporativ road-şou günü (10 dekabr, 2009): Sammitin üçüncü günündə bir-birinin ardınca Azərbaycanın iri şirkətlərinin korporativ təqdimatları keçiriləcək. Şirkətlərin nümayəndələri üçün tədbirdə iştirak edəcək analitik, investisiya bankları, vençur və hedc fondları, reytinq agentlikləri və maliyyə məsləhətçiləri qarşısında öz şirkətləri haqqında təqdimatla çıxış etmək imkanı yaradılacaq;
* Diskussiya paneli - «İnvestorları Azərbaycana nə cəlb edir?»: Diskussiyada maliyyə və korporativ investorlar, fondlar, maliyyə analitikləri və məsləhətçiləri, həmçinin Azərbaycan şirkətlərinin rəhbərləri iştirak edəcəklər. Burada əsas müzakirə predmeti Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması üçün görülən tədbirlər olacaq. Bundan başqa, diskussiyada Azərbaycanda hansı sektorun daha çox investisiya potensialına malik olduğu təhlil ediləcək;
* Praktiki misallar sessiyası - «Güclü biznesin yaradılması üçün Azərbaycandakı investisiya imkanlarından istifadə: regionda uğur qazanmış şirkətlərin tarixi və beynəlxalq layihələrin icrası misalları»:
Bu sessiyada Azərbaycanda fəaliyyət göstərən və uğur qazanmış xarici şirkətlərin ətraflı təqdimatı və təcrübəsi nümayiş olunacaq. Sessiyada həmçinin hazırkı iqtisadi vəziyyətdə bazara daxilolmanın ən perspektivli modeli barədə müzakirələr aparılacaq və eyni zamanda, regiona qeyri-maliyyə investisiyalarının yatırılmasının vacibliyi məsələsi təhlil olunacaq;
* Azərbaycan iqtisadiyyatında tez inkişaf edən sektorlarında biznes və investisiya imkanlarının icmalına dair ətraflı Sessiya: bu sessiyada kənd təsərrüfatı, qida sənayesi, telekommunikasiya və informasiya texnologiyaları, turizm, tikinti, daşınmaz əmlak, elektrik enerjisi və nəqliyyat infrastrukturu kimi sahələrinin potensialına baxılacaq;
* Maliyyə sektoru və neft-qaz sahəsi üzrə paralel sessiyalar.
Sessiyalar sammitin ikinci günündə keçiriləcək. Burada iştirakçılara neft-qaz və maliyyə sektorlarının perspektivlərini daha ətraflı təhlil etmək və gələcək planları müzakirə etmək imkanı yaradılacaq.
P.S. APA-nın bütün abunəçiləri və oxucuları sammitdə iştirak etmək üçün qeydiyyatdan keçərkən iştirak haqqını ödədikdə 10%-lik güzəşt əldə edəcək. Qeydiyyatdan keçərkən http://www.adamsmithconferences.com/YJ1APA saytının «Şərhlər» bəndində bu kod göstərilməlidir: YJ1APA
Sammitin daimi veb-saytları:
http://www.adamsmithconferences.com/YJ1APAe
http://www.adamsmithconferences.com/YJ1APA
Maliyyə
Azərbaycan Türkiyə və BƏƏ ilə "cross-border" ödənişlərinin təşkili üzrə danışıqlar aparır
Bakıda İİB Qrupunun 14-cü Özəl Sektor Forumu keçiriləcək
Azərbaycanda vətəndaşlara bank seçimi azadlığı veriləcək
Azərbaycanda QR ödənişlərin həcmi 22 mln. manata çatıb
Xəbər Lenti
Şahbuzun Kükü kəndinə dolu yağıb
Pentaqon: ABŞ hərbi hava bazaları dron hücumlarından hələ də tam qorunmayıb
İpoteka və Kredit Zəmanət Fondunun bəzi səlahiyyətləri Azərbaycan Biznesinin İnkişafı Fonduna həvalə edilib
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3666 nəfərə çatıb
Qeyri-neft-qaz mallarının ixracı zamanı daşınma xərcləri üçün dövlət büdcəsi hesabına daşıma dəstəyi ödəniləcək - FƏRMAN
Sabunçuda açıq ərazidə yanğın başlayıb
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb - FOTO
Niderland İrandan Azərbaycana köçürülən səfirliyinin fəaliyyətini Tehranda bərpa edib
Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb və müharibəyə qayıtmağa hazırdır
İsrail ordusu Livanın Tir şəhərini bombalayıb, 8 nəfər ölüb
Masallıda külli miqdarda mənimsəmədə ittiham olunan vəzifəli şəxslərə hökm oxunub
Rəsmi Moskva: Rusiyanın taktiki nüvə silahları ABŞ üçün təhlükə yaratmır
Şimali Kipr Türk Respublikasının Baş naziri Bakıya səfər edəcək
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Seyid Əli Xameneinin dəfninin vaxtı açıqlanıb
Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi təsdiqlənib
Avtomobildə 72 kq narkotik aşkarlanıb - VİDEO
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
Azərbaycan Türkiyə və BƏƏ ilə "cross-border" ödənişlərinin təşkili üzrə danışıqlar aparır
Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib
Qaqik Tsarukyana qarşı vergidən yayınma maddəsi ilə cinayət işi başlanıb - FOTO
Bakıda İİB Qrupunun 14-cü Özəl Sektor Forumu keçiriləcək
Dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması qaydaları təsdiq edilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
Sloveniya Prezidenti Azərbaycan liderini təbrik edib
Parlamentin növbədənkənar sessiyası çərçivəsində növbəti iclasın tarixi və gündəliyi məlum olub
Azərbaycanda vətəndaşlara bank seçimi azadlığı veriləcək
EPIC son illər Azərbaycanda əmək qanunvericiliyi ilə bağlı aparılan islahatlara dair məlumat dərc edib
Azərbaycanda QR ödənişlərin həcmi 22 mln. manata çatıb
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketini təqdim edib
"Qurtuluş" Reabilitasiya Mərkəzi ilə bağlı məhkəmənin vaxtı məlum olub
Masallıda keçmiş məhkum 7 kq narkotiklə tutulub
Hikmət Hacıyev: Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 427-yə çatıb
Qaradağ İH-də keçirilən əməliyyatda saxlanılan rəis müavininin məhkəməsi başlayıb
Kreml ABŞ-ın Ukrayna münaqişəsinin həlli ilə bağlı vasitəçiliyə fasilə verdiyini bildirib
FHN: Arazda batdığı ehtimal olunan yeniyetmənin axtarışları davam edir - VİDEO
KİV: Moskva vilayətində avtomobil partladılıb, general-leytenant ölüb - VİDEO - YENİLƏNİB
Sankt-Peterburqda hərbi zavodun yaxınlığında böyük yanğın baş verib, 4 nəfər ölüb
İran ordusunun 2 hərbçisi İsrailin aviazərbələri nəticəsində həlak olub
Polis avtomobil yoluna çıxan qadınla bağlı açıqlama verib - VİDEO
Hüquqi şəxslərin depozitlərinin azalmasının səbəbləri açıqlanıb
Mərkəzi Bank süni intellekt həlləri üçün məlumat idarəetməsini gücləndirir
Bu il Bakıda 78 nəfər XII sinfi bitirir
Taleh Qaraşova qarşı sui-qəsd hazırlamaqda ittiham olunan şəxs barəsində qərar verilib
Fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib